Moskva NATO-nun genişlənməməsi ilə bağlı verdiyi vədlərə əməl olunmasını tələb edir.
Bunu Rusiya Prezidenti Vladimir Putin “India Today”a verdiyi müsahibədə bildirib.
“Biz sadəcə olaraq əvvəlki vədlərin yerinə yetirilməsində israr edirik… Bu vədlər Rusiyaya 90-cı illərdə verilmişdi: Şərqə doğru heç bir genişlənmə olmayacaq”, – deyə Putin qeyd edib.








