12 C
Baku
Friday, December 5, 2025

Macarıstanın MOL şirkəti LUKOIL-in beynəlxalq aktivlərini almaq istəyir

Macarıstanın MOL şirkəti ABŞ Maliyyə Nazirliyinə müraciət edərək LUKOIL-in beynəlxalq aktivlərini almaqda maraqlı olduğunu bildirib. Bu barədə Reuters məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, MOL LUKOIL-in Avropadakı neft emalı zavodlarını və yanacaqdoldurma məntəqələrini, həmçinin Qazaxıstan və Azərbaycandakı hasilat aktivlərindəki payları almaq istəyir.

Mənbələr qeyd edir ki, Macarıstanın Baş naziri Viktor Orban MOL-un planlarını hələ noyabr ayında Amerika lideri ilə müzakirə edib.

Bu məsələyə dair ABŞ Maliyyə Nazirliyi və Ağ Ev şərh verməkdən imtina ediblər.

Noyabr ayının ortalarında Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto bildirmişdi ki, Macarıstan enerji şirkətləri LUKOIL-in Bolqarıstandakı müəssisələrini almaqda maraqlı ola bilər. Onun sözlərinə görə, Macarıstan hökuməti bu cür danışıqları dəstəkləməyə hazırdır.

LUKOIL aktivləri uğrunda “əsl mübarizə”nin getdiyini daha əvvəl Bloomberg yazmışdı. Agentlik həmçinin qeyd edirdi ki, Rusiya şirkəti xarici aktivləri bir paket halında satmaq istəyir, bu isə prosesi çətinləşdirir, çünki potensial alıcıların bir qismi yalnız ayrı-ayrı aktivlərlə maraqlanır. LUKOIL-in xarici aktivlərinin satışı və şirkətin xaricdəki YDM-lərinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əməliyyatlara aprelədək icazə verilib.

Son xəbərlər
Digər xəbərlər