2025-ci ilin ilk üç rübündə Azərbaycanda təyyarələrin yük daşınmasından əldə olunan gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən azalıb və buna əsas səbəb yüklərdəki azalma və hər tona düşən gəlirin azalmasıdır.
Banker.az xəbər verir ki, karqo təyyarələr ilin ilk üç rübündə 1.67 mlrd manat gəlir (təqribən 1 mlrd. ABŞ dollarına yaxın) əldə ediblər ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə təxminən 14% azalma deməkdir.
Məlumat üçün bildirək ki, təyyarələrin yükdaşımaları keçən ilin eyni dövründə 1.94 mlrd manat idi.
Gəlirlər üzrə azalmanın əsas yükü beynəlxalq daşımaların payına düşüb. Belə beynəlxalq xətt üzrə gəlir 1.93 mlrd manatdan 1.67 mlrd manata enib. Daxili daşımalar üzrə gəlir də zəifləyib – 1.09 mln manatdan 0.85 mln manata düşərək təxminən 22% azalma qeydə alınıb.
Yük daşımalarının fiziki həcmlərində də geriləmə müşahidə olunub. 2025-ci ilin ilk doqquz ayında hava nəqliyyatı ilə daşınmış yüklərin həcmi 314.2 min tondan 288.3 min tona enərək ümumilikdə 8% azalıb.
Yüklərin ton-km ifadəsində dövriyyəsi 2.59 mlrd ton-km-dən 2.33 mlrd ton-km-ə düşərək 10% azalma qeydə alıb. Beynəlxalq xətt üzrə yük dövriyyəsi təxminən eyni templə – 10%, daxili xətt üzrə isə 29% azalaraq daha böyük daralma göstərib.
Qeyd edək ki, burada əməliyyat xərcləri və maya dəyəri nəzərə alınmır.
Azərbaycanın ən iri yükdaşıyan aviaşirkəti “Silk Vey Vest Aviaşirkəti” MMC 2025-ci ilin ilk yarısı üzrə hesabatında 1.03 mlrd. manat (məsələn, keçən il bu rəqəm 1.14 mlrd. manata yaxın idi) həcmində gəlir əldə etiyini, və bütün xərclər çıxıldıqdan sonra 119.7 mln. manat xalis mənfəət (2024: 93.62 mln.) əldə etdiyini açıqlamışdı. Həmin dövrdə isə Dövlət Statistika Komitəsi ümumi hava daşınmasından aviaşirkətlərin 1.11 mlrd. manat gəlir əldə etdiyini açıqlamışdı.
1 ABŞ dolları= 1.70 manat








