12 C
Baku
Friday, December 5, 2025

“ABB İnvest İnvestisiya Şirkəti”nin dövriyyəsi 34% azalıb

“ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin bu ilin yanvar-noyabr aylarında Bakı Fond Birjasında apardığı əməliyyatların həcmi 34 milyard 906 min manat təşkil edib.

Banker.az xəbər verir ki, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 34% və ya 17 milyon 662 min manat azdır.

Halbuki, şirkətin 2024-cü ilin eyni dövründə bu göstəricisi 52 milyard 568 milyon manata bərabər olmuşdu.

İnvestisiya şirkətinin portfelinin əsas hissəsini əsasən repo əməliyyatları və dövlət istiqrazları təşkil edib. Belə ki, bu dövrdə şirkətin dövriyyəsinin 29 milyard 819 milyon manatı repo əməliyyatlarının, 4 milyard 478 milyon manatı dövlət istiqrazlarının payına düşüb.

Portfeldə korporativ istiqrazların payı 400 milyon 177 min manat, ARMB-nin qiymətli kağızları isə 192 milyon 59 min manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər