“Yeni Klinika” robotik cərrahi sistem alır.
Banker.az xəbər verir ki, “Yeni Klinika Publik Hüquqi Şəxsi tərəfindən robotik cərrahi sistemin satın alınması ilə bağlı satınalma prosesi yekunlaşıb.
Bağlanan müqavilənin dəyəri 3 milyon 650 min 920 manat təşkil edir.
Sistem klinik istifadəyə yararlı olmalı və CE beynəlxalq sertifikata malik olmalıdır. Uroloji, ginekoloji, torakal və ümumi cərrahiyyə əməliyyatları üçün uyğun olmalıdır.








