Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Rüstəm Umerov ilə ölkənin Baş Qərargah rəisi Andrey Qnatov bu gün Mayamidə (Florida ştatı) ABŞ nümayəndələri ilə növbəti görüşü keçirəcəklər.
Bu barədə “İnterfaks-Ukraina” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, cümə günü Ukrayna nümayəndə heyətinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşnerlə görüşü planlaşdırılıb.
Dekabrın 4-də olduğu kimi, bu görüş də Mayamidə keçirilməlidir.








