13 C
Baku
Saturday, December 6, 2025

Rusiya 3 ölkə ilə hərbi əməkdaşlığı dayandırıb

Rusiya Fransa, Kanada və Portuqaliya ilə hərbi əməkdaşlıq müqavilələrini rəsmən ləğv edib.

Bu barədə Rusiyanın Baş naziri Mixail Mişustinin imzaladığı müvafiq sərəncam hüquqi informasiya portalında dərc olunub.

Rusiya Xarici İşlər Nazirliyinə qərarla bağlı Kanada, Fransa və Portuqaliya tərəflərini xəbərdar etmək tapşırılıb.

Sənədə əsasən, Kanada ilə 1989-cu il hərbi səfər müqaviləsi, Fransa ilə 1994-cü ildə müdafiə sahəsində əməkdaşlıq müqaviləsi, Portuqaliya ilə 2000-ci ildə hərbi əməkdaşlıq müqaviləsi ləğv edilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər