13 C
Baku
Saturday, December 6, 2025

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2026-cı ildə Azərbaycanda neft hasilatının bir qədər azalacağını proqnozlaşdırır.

Bu barədə agentliyin proqnozlarında bildirilir.

“2025-ci ilin 10 ayı ərzində neft hasilatı 4,6 % azalaraq gündəlik təxminən 556 min barel təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə gündəlik 27 min barel azalma deməkdir. Bu tendensiya növbəti illərdə də davam edəcək. Neft hasilatı, ehtimal ki, 2026-cı ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun köhnəlməsi səbəbindən bir qədər azalacaq. Xarici operatorların əlavə investisiyaları azalmanı yavaşladır, lakin dayandırmır”, – agentlik qeyd edib.

Bu ilin 10 ayı ərzində Azərbaycanda qaz hasilatı 1,7 % artaraq gündəlik təxminən 849 min barel neft ekvivalenti təşkil edib. Bu da qaz hasilatındakı mülayim artımın neft hasilatındakı əhəmiyyətli azalmanı kompensasiya etmədiyini vurğulayır.

“S&P”nin qiymətləndirmələrinə görə, 2026-cı ildə qaz hasilatı ümumilikdə cari səviyyədə qalacaq.

“Daha uzunmüddətli perspektivdə bir neçə qaz hasilatı layihəsi (“Abşeron”un növbəti mərhələsi, AÇG-nin dərin layları və “Ümid”, “Babək” və “Qarabağ” yataqlarının işlənməsi daxil olmaqla) qaz hasilatını dəstəkləyə bilər, amma onların hamısı planlaşdırmanın ilkin mərhələlərindədir və həyata keçirilməsi üçün illər lazım olacaq”, – agentlik vurğulayıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər