Kanada hökuməti Suriyanı “Terrora dəstək verən dövlətlər” siyahısından çıxarıb.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Açıqlamaya görə, aparılan geniş qiymətləndirmələrdən sonra Suriya adıçəkilən siyahıdan, Heyət Tahrir Şam (HTŞ) isə “Terrorçu Təşkilatlar” siyahısından çıxarılıb.
Nazirlik bildirib ki, bu qərar Suriya keçid hökumətinin ölkədə və regionda sabitliyin təmin edilməsi istiqamətində beynəlxalq tərəfdaşlarla əməkdaşlıq səylərinə dəstək xarakteri daşıyır.
Qeyd olunub ki, Kanada hökuməti DEAŞ-a qarşı Beynəlxalq Koalisiya ilə əməkdaşlıq da daxil olmaqla, qlobal səviyyədə terrorla mübarizə fəaliyyətlərini davam etdirəcək.
Kanadanın xarici işlər naziri Anita Anand qərarı belə şərh edib:
“Kanada, Suriya keçid hökumətinin Əsəd rejiminin sona çatmasından sonra sülh və siyasi keçid istiqamətində atdığı müsbət addımları alqışlayır”.







