“Bir-iki il əvvəl Ermənistan və Azərbaycanın narrativləri ziddiyyətli idi, amma indi onlar, əsasən, oxşardır”.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Doha Beynəlxalq Forumunda keçirilən panel müzakirəsində deyib.
“Bir-iki il əvvəl biz hər fürsətdə ziddiyyətli məqamları müzakirə edərdik. İndi onların çoxu oxşardır. Bəziləri üst-üstə düşmür, lakin mən əminəm ki, gələcək perspektivlərimizi yaxşılaşdırmaq üçün əməkdaşlığımızı gücləndirəcəyik”, – deyə Qriqoryan bildirib.








