®“Atəşgah” Sığorta Şirkəti Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətində həyata keçirdiyi təşəbbüsləri ardıcıl olaraq davam etdirir. Təxirəsalınmaz tədbirlər çərçivəsində növbəti maarifləndirici təlim Ankara Məktəb-Liseyində təşkil olunub.
Şirkətin əməkdaşları şagirdlərə fövqəladə hallar zamanı davranış qaydaları barədə ətraflı məlumat verib, belə hallarda sığortanın əhəmiyyətini xüsusi olaraq vurğulayıblar. Təlimin sonunda şagirdlərə şirkət tərəfindən hazırlanmış kiçik ilkin yardım çantaları hədiyyə edilib.
4 dekabr tarixində baş tutan bu tədbir şirkətin sosial məsuliyyət strategiyasının davamı olaraq həyata keçirilib. “Atəşgah” Sığorta Şirkəti gələcəkdə də cəmiyyətə fayda verən bu kimi KSM layihələrini davam etdirməyi planlaşdırır.










