6 C
Baku
Sunday, December 15, 2024

AccessBank yeni çoxfunksiyalı mycard kartını istifadəyə verdi

Mycard müştərilərin həm rahatlığını artırır, həm də yeni cəlbedici imkanlar yaradır

AccessBank müştərilərin rahatlığını təmin etmək üçün myсard brendi altında yeni çoxfunksiyalı kartı istifadəyə verdi.Artıq mycard-ı istifadə etməklə müştərilər bir çox kart funksiyalarını özündə cəmləşdirən bir məhsuldan yararlana bilərlər.  mycard-ı daha cəlbedici edən xüsusi üstünlük odur ki, müştərilər kart hesablarında olan  müsbət qalığa illik 5% gəlir əldə edə bilərlər.

Eyni zamanda, Bank yeni xüsusi kampaniyaya start verdi. Kampaniya müddətində myсard-ı istifadə edən bütün müştərilər AccessBank-ın bankomatlarında və POS-terminallarında 0% komissiya ilə pul nağdlaşdıra bilərlər.

Bankın bütün yeni və cari müştəriləri mycard kartını, məhdudiyyətsiz olaraq, Bankın filiallarından əldə edə bilərlər. Daha ətraflı məlumatı AccessBank-ın rəsmi internet saytından, və ya 151 Ümumi Zəng Mərkəzindən əldə etmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər