“Biz bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq öz imkanlarımızı genişləndirəcəyik”.
Bu barədə Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında bildirib.
“Hesab edirəm ki, biz Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında bu sahəni diqqətdən kənarda qoymamalıyıq. Çünki bunun çox böyük potensialı vardır”, – dövlət başçısı vurğulayıb.







