“Regional Su Meliorasiya Xidməti”nin milyonluq satınalması – qalib müəyyənləşdi.
Banker.az xəbər verir ki,“Regional Su Meliorasiya Xidməti” PHŞ istehsal təyinatlı qəza-bərpa və təmir işlərində istifadə olunacaq mexanizmlərin satın alınması üzrə tenderi yekunlaşdırıb.
Satınalmanın qalibi “AZ-TEX-IMPORT” MMC olub. Müqaviləyə əsasən, şirkət 100 ədəd yükləyici ekskavatoru (bekolader) alacaq.
Müqavilənin ümumi dəyəri 17.982.799,98 AZN təşkil edir.








