11 C
Baku
Tuesday, December 9, 2025

Kazımov: “ABB-nin IPO-sunda səhmlərə sifarişlərin 84%-i mobil əlavə vasitəsi ilə verilib”

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ölkədə kapital bazarlarının rəqəmsallaşma səviyyəsinin yüksək olduğunu bildirib. O, “Rahat deyə bilərəm ki, rəqəmsallaşma istiqamətində kapital bazarlarının infrastrukturu təkmildir” – deyə vurğulayıb.

Kazımov qeyd edib ki, əlavə işlər görülməli olsa da, digər inkişaf etmiş kapital bazarları ilə müqayisədə Azərbaycanın infrastrukturu kifayət qədər rəqəmsaldır. Bunu sübut etmək üçün o, keçən il keçirilən ABB-nin IPO-sunda səhmlərə sifarişlərin 84%-nin mobil əlavə vasitəsi ilə verildiyini misal çəkib.

Mərkəzi Bankın sədri öz təcrübəsini bölüşərək bildirib ki, keçmişdə investorlar hesab açmaq və əməliyyat aparmaq üçün 3-5 gün vaxt sərf etməli olduğu halda, indi bu proses mobil əlavə vasitəsi ilə maksimum yarım saat-1 saat ərzində həyata keçirilir. “Bu gün investorların kapital bazarlarına çıxışı çox asandır” – deyə Kazımov vurğulayıb.

MənbəGDP.az
Son xəbərlər
Digər xəbərlər