Vaşinqton administrasiyasının rəhbəri Donald Tramp bildirib ki, köməkçilərinə ABŞ-nin 46-cı prezidenti Co Baydenin dövründə ölkənin Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal Ehtiyatlar Sisteminin (FES) İdarə Heyətinin bir sıra üzvlərinin təyin edilməsinin qanuniliyini araşdırmağı tapşırıb.
Banker.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Pensilvaniya ştatının Maunt-Pokono şəhərində çıxışında bildirib.
Trampın sözlərinə görə, o, Baydenin sənədləri imzalamaq üçün avtomatik cihazdan – avtoqələmdən istifadə etdiyini düşünür.
“Eşitdim ki, bu təyinatlar avtoqələmlə imzalana bilər. Bu, FES-in İdarə Heyətinin sədri Jerom Pauellə də aid ola bilər”, – o qeyd edib.
Tramp ABŞ Prezidentinin xüsusi icazə olmadan bu cür sənədləri imzalamaq üçün avtoqələmdən istifadə etmək hüququnun olmadığını vurğulayıb.
“Düşünürəm ki, kimsə buna baxmalıdır. Orada olmasına icazə verilməyən insanlar təyin edildi”,- Tramp deyib. O, zaldakı toplantıda iştirak edən ABŞ-nin maliyyə naziri Skott Bessent ə vəziyyəti yoxlamaq üçün müraciət edib.
Tramp həmçinin xatırladıb ki, 28 noyabrda Baydenin avtoqələmlə imzaladığı hər hansı sənədin qüvvədə olmadığını elan edib və bu qəbildən olan sənədlərin “təxminən 92 %” təşkil etdiyini bildirib. O, iddia edib ki, radikal solçu demokratlar faktiki olaraq prezidentlik səlahiyyətlərini Baydendən əlindən alıblar. Tramp dəfələrlə Baydenin sənədləri şəxsən imzalamadığını və ətrafının avtoqələmdən istifadə etdiyini iddia edib.








