“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” tərəfindən aparılan satınalma proseduru başa çatıb.
Banker.az xəbər verir ki, “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün inzibati bina sahəsinin icarəsi xidmətinin alınması üzrə qalib müəyyən edilib.
Xidmətin dəyəri 5 241 600 AZN təşkil edir. Qalib olaraq Validə Rəhim qızı Vəliyeva seçilib.
Ofislərin ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) minimum 7800 m², ofis binası təmirli olmalıdır. İcarə müddəti 28 ay nəzərdə tutulmuşdur.






