Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Yaqubov Nuru Adəm oğlunun İran İslam Respublikasından idxal etdiyi “Achachi Amesteris” əmtəə nişanlı şokoladlı konfet məhsullarından nümunələr götürülüb.
Banker.az xəbər verirki, laborator müayinə nəticəsində (20.10.2025-20.10.2026 istehsal və son istifadə tarixli) məhsul partiyasında uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.







