11 C
Baku
Thursday, December 11, 2025

Azərbaycanda qida sahəsində fəaliyətdə olan şirkətin kapitalı 62 mln. manata qaldırılıb

“AgroTrade Supply” MMC-yə daxil olan “ATS Food” MMC-nin nizamnamə kapitalı artırılaraq 62 milyon manatı ötəb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 3 milyon manat manat və ya 5 faiz artırılaraq 62.06 milyon manata yüksəldilib.

Buna qədər şirkətin kapitalı 59.06 milyon manat idi.

“ATS Food” MMC 2022-ci ildə ölkənin qida istehsal edən şirkətlərindən biri “Delta Group Co.” MMC-nin ikiyə bölünməsindən sonra yaradılıb. Şirkətin kapitalı iki hissəyə bölünməklə, onun yarısını “AgroTrade Supply” MMC satın almışdı. Şirkətin ilkin təsisatı zamanı nizamnamə kapitalı 20 milyon manat kimi qiymətləndirilmişdi. Keçən ilin noyabrında isə 18 milyon manat kapitalı olan “Platek Pact” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan etmişdi.

Beləliklə, son üç ildə kapital üç dəfə artırılmış olub.

Son xəbərlər
Digər xəbərlər