12 C
Baku
Thursday, December 11, 2025

Çin elektromobillərə tətbiq olunan rüsumlarla bağlı Aİ ilə danışıqları bərpa edib

Çin Avropa İttifaqı (Aİ) ilə elektromobillərə tətbiq olunan rüsumların müəyyən edilməsi barədə danışıqları bərpa edib. Bu barədə “Reuters” Çinin Ticarət Nazirliyinə istinadən xəbər verir. Pekin Brüsseli istehsalçılarla ayrıca danışıqlar aparmamağa çağırıb.

Aİ ötən ilin payızında Çindən idxal olunan elektromobillərə gömrük rüsumları tətbiq etmişdi. Rüsumlar BYD üçün 17,0%, Geely üçün 18,8%, SAIC üçün isə 35,3% təşkil edib. Digər şirkətlərin avtomobilləri üçün rüsum 20,7% səviyyəsində müəyyən olunub. Bu tədbirlər Çində elektromobillərin dövlət tərəfindən subsidiyalaşdırılması ilə bağlı aparılan araşdırmadan sonra tətbiq edilib. Avropa Komissiyası bildirib ki, Çin istehsalçıları bu subsidiyalardan qiymət baxımından üstünlük əldə edir, bu isə rəqabəti pozur və Avropada elektromobil istehsalına təhdid yaradır.

Yanvar ayında SAIC, BYD və Geely yeni rüsumlardan şikayət etmək üçün Avropa İttifaqı Məhkəməsinə müraciət ediblər. Çin hakimiyyəti Aİ-yə elektromobilləri minimal qiymətlə satmağı təklif edib. Danışıqlara apreldə başlanılıb.

Son xəbərlər
Digər xəbərlər