2025-ci ilin noyabr ayında neft hasilatının azaldılması üzrə razılaşmaya daxil olan “OPEC+ ölkələri gündəlik neft hasilatını 290 min barel azaldıblar, lakin könüllü azalmalar və istehsalın kompensasiyası nəzərə alınmaqla hədəf plana çatmaqda 140 min barel geridə qalıblar.
Bu barədə Banker.az Beynəlxalq Energetika Agentliyinin (IEA) hesabatına istinadən xəbər verir.
IEA-nın məlumatına görə, könüllü azalmalar və həddən artıq istehsalın kompensasiyasını nəzərə alaraq “OPEC+” ölkələrinin noyabr ayında hədəf gündəlik hasilatı 36,38 mln. barel təşkil edirdi, lakin faktiki hasilat 36,23 mln. barel səviyyəsində olub. Beləliklə, plandan geri qalma həcmi təxminən 140 min barel təşkil edib.
Noyabr ayında bütün “OPEC+” ölkələrinin (sanksiya və digər səbəblərdən kvotalardan azad edilmiş İran, Venesuela və Liviya daxil olmaqla – red.) ölkələrinin gündəlik hasilatı 43,25 mln. barelə qədər azalıb.
Qeyd edək ki, “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə – red.) üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.








