iavtAzərbaycan sığorta şirkətlərinin icbari avto-sığorta üzrə biznes əməliyyatlarının 2025-ci ilin ilk üç rübü ilə 2024-cü ilin eyni dövrünü müqayisə etdikdə, ümumi yığım 126 milyon manatdan 134,7 milyon manata yüksəlmişdir ki, bu da təxminən 6,9% artımdır. Banker.az bunu Mərkəzi Bankın göstəricələrə istinadən xəbər verir.
Ödənişlər də eyni dövrdə 92,99 milyon manatdan 98,98 milyon manata qalxaraq 6,5% artıb.
Burada yığım sığorta şirkətlərinin icbari avto-sığorta üzrə topladığı sığorta haqlarını, ödənişlər isə həmin sığorta müqavilələri üzrə zərər hallarında ödədiyi kompensasiyaları göstərir. Yəni yığım şirkətin gəliri, ödənişlər isə müştərilərə xidmət xərcləridir.
Bazarın əsas payçısı “PAŞA Sığorta” ASC olub. 2025-ci ilin ilk üç rübündə şirkətin yığımı 60,12 milyon manat təşkil edərək ümumi bazarın təxminən 44,7%-ni təşkil edir. 2024-cü ilin eyni dövründə isə “PAŞA Sığorta” bazarın 44,4%-ni təşkil edirdi, yəni payı kiçik miqdarda artıb. İkinci sırada “Atəşgah Sığorta” ASC-dir ki, ümumi həcm 24,74 milyon manatdır. Üçüncü sırada “Azərbaycan Sənaye Sığorta” ASC-də isə yığımlar 14,23 milyon manatdır.
Sığorta yığımları ilə sığorta ödənişləri arasında “Qala Sığorta” ASC-dən başqa hər birində müsbətdir. “Qala Sığorta” ASC-də ödənişlər yığımları 802 min manat üstələyir ki, bu da bu biznesdə sığortaçı üçün zərərli olması deməkdir.
Qeyd edək ki, “Xalq Sığorta” ASC üçüncü rüb hesabatında icbari avto-sığorta üzrə biznes əməliyyatlarını ictimaiyyətə açıqlamayıb.








