Azərbaycan Respublikasının dövlət büdcəsinin profisitinin həcmi 2025-ci ilin ilk 11 ayında 4 milyard 210,9 milyon manata yüksəlib. Halbuki, ilin ilk 10 ayına qədər bu rəqəm 5 milyard 170,8 milyon manat həcmində olnuşdu.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilir ki, dövlət büdcəsinin gəlirləri illik müqayisədə 4,6 faiz artımla 35 milyard 625,6 milyon manata, xərcləri isə 1,2 faiz artaraq 31 milyard 414,7milyon manata yüksəlib.
Xatırladaq ki, hökumətin 2025-ci ilin 12 ayı üzün nəzərdə tutuduğu gəlir və xərclər fərqinin mənfi, yəni 3 051,6 milyon manat kəslə bitirəcəyi proqnozlaşdırılmışdı.








