10 C
Baku
Friday, December 12, 2025

ABŞ-də edamların sayı son 15 ilin maksimumuna çatıb

ABŞ-nin Ölüm Hökmü Məlumat Mərkəzinin məlumatına görə, 64 yaşlı Harold Nikols bu ilin əvvəlindən bəri edam edilən 46-cı məhkum olub. Bununla da ölkədə edamların illik sayı son 15 il ərzində ən yüksək həddə çatıb. ABŞ-də son dəfə bu qədər insan 2010-cu ildə edam olunmuşdu.

Nikols 1988-ci ildə 20 yaşlı tələbə qızın qətlinə görə ölüm hökmünə məhkum edilmişdi. O, həmçinin digər qadınlara hücum etdiyini də etiraf edib. Nikols 35 il ölüm hökmü kamerasında keçirib. Edamdan bir qədər əvvəl o, etdiyi cinayətlərə görə “peşman olduğunu” bildirib.

ABŞ-də edamlar 2021-ci ildə Co Bayden tərəfindən tətbiq olunan moratorium çərçivəsində dayandırılmışdı. Lakin bu ilin yanvarında hakimiyyətə qayıdan Donald Tramp moratoriumu ləğv etdi.

Son xəbərlər
Digər xəbərlər