7 C
Baku
Monday, December 15, 2025

Azərbaycanın xalis maliyyə aktivləri 4.5 mlrd. dollar artıb

2025-ci ilin 9 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 4.5 mlrd. ABŞ dolları artıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir.

Qeyd edilib ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (1 mlrd.$), portfel investisiyaları (1.3 mlrd. ABŞ dolları) və digər investisiyalar (2.2 mlrd. ABŞ dolları) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 415.9 mln. ABŞ dolları artmışdır ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-305.2 mln. ABŞ dolları), neft bonusu (450.2 mln. ABŞ dolları), portfel investisiyaları (-33.7 mln. ABŞ dolları) və digər investisiyalar (304.6 mln. ABŞ dolları) hesabına formalaşıb.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər