7 C
Baku
Monday, December 15, 2025

Tailand Kamboca ilə sərhəddə atəşkəs üçün şərtlər irəli sürüb

Tailand Kamboca ilə atəşkəs barədə danışıqlara yalnız Pnompen Banqkokun irəli sürdüyü üç tələbi yerinə yetirdiyi təqdirdə razı olacaq. Bu barədə brifinqdə Tailand Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinin baş direktoru və mətbuat katibi Nikondet Phalanqkun bildirib.

“Birincisi, Kamboca atəşkəsin elan edildiyini açıq şəkildə bəyan etməlidir. İkincisi, atəşkəs faktiki olaraq baş tutmalı və ona əməl edilməlidir. Üçüncüsü, Kamboca mina təmizləmə işlərində bütün ciddiyyəti ilə iştirak etməlidir”, — deyə o vurğulayıb.

Phalanqkun əlavə edib ki, Tailand sərhəd münaqişəsinin sülh yolu ilə həlli üçün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Beynəlxalq Qızıl Xaç Komitəsi kimi beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır.

Tailand və Kamboca sərhədində atıcı silahların tətbiqi ilə toqquşmalar 7 dekabrda başlayıb. Kamboca Müdafiə Nazirliyinin versiyasına görə, Tailand silahlı qüvvələri bir neçə gün ərzində sərhəd bölgələrində yeni qarşıdurma dalğasını qızışdırmaq məqsədilə müxtəlif təxribatçı hərəkətlər həyata keçirdikdən sonra kambocalı mövqelərə hücuma başlayıb.

Tailand bəyan edib ki, sərhəd zonasındakı onun mövqelərinə ilk artilleriya atəşini kambocalı qüvvələr açıb. Buna cavab olaraq, Tailand hərbçiləri əsas ərazilər üzərində nəzarəti ələ keçirmək və qarşı tərəfə zərər vurmaq məqsədilə Kambocanın hərbi infrastrukturuna zərbələr endirib.

Son xəbərlər
Digər xəbərlər