8 C
Baku
Wednesday, December 17, 2025

İlon Mask $600 milyard sərvətə sahib olan ilk insan olub

“Forbes”in hesablamalarına görə, amerikalı sahibkar İlon Mask tarixdə sərvəti 600 milyard dollara çatan ilk insan olub. Maskın var-dövləti 2026-cı ildə planlaşdırılan IPO ərəfəsində “SpaceX” şirkətinin öz dəyərini 800 milyard dollar olaraq qiymətləndirməsindən sonra daha da artıb.

Beləliklə, təxminən şirkətin 42%-nə sahib olan Maskın “SpaceX”dəki payının dəyəri 168 milyard dollar artaraq 336 milyard dollara çatıb, onun ümumi sərvəti isə təxminən 677 milyard dollar olub, “Forbes” qeyd edir.

“Forbes” ilk dəfə 2021-ci ilin sentyabrında İlon Maskı dünyanın ən varlı insanı adlandırmışdı. O vaxtdan bəri Mask bu statusu bir neçə dəfə itirsə də, sonradan yenidən geri qaytarıb. 2025-ci ilin oktyabrında onun aktivləri rekord səviyyə olan 500 milyard dollara çatmışdı. Hazırda dünyanın ən varlı insanları reytinqində ikinci yerdə “Google”un həmtəsisçisi Larri Peyc qərarlaşıb. Onun sərvəti 252 milyard dollar olaraq qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər