8 C
Baku
Tuesday, December 16, 2025

Dövlət Neft Fondunun səhm gəlirləri 3 ayda 1 mlrd. dollardan çox artıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) səhm portfeli üzrə gəlirləri 3 ayda 1 milyard dollardan çox artıb.

Bu barədə  Fonddan bildirilib. Belə ki, ARDNF indiyə kimi, səhm indeksləri üzrə 7,1 mlrd. dollar investisiya edib. Fondun yaranma tarixindən bu il oktyabrın 1-nə kimi bu investisiyalardan əldə etdiyi gəlirlər isə 8,8 mlrd. dollara çatıb. Halbuki, bu rəqəm ilin ilk yarısı üzrə 7,7 mlrd. dollar təşkil etmişdi. Başqa sözlə, bir rübdə Fondun səhm üzrə gəlirləri 14,3% və ya 1,1 mlrd. dollar artıb. Bu isə qısa müddətdə yüksək göstərici hesab olunur.

Ümumilikdə, ARDNF-nin səhm portfelinin dəyəri üç ayda 14,8 mlrd. dollardan 15,9 mlrd. dollara yüksəlib.

Fonddan bildirilib ki, 2025-ci ilin üçüncü rübündə MSCI World indeksində müşahidə olunan artım əsasən qlobal səhm bazarlarında, xüsusilə inkişaf etmiş ölkələrdə qeydə alınan genişmiqyaslı qiymət yüksəlişi ilə izah olunur.

“Müsbət makroiqtisadi göstəricilər, gözləntiləri üstələyən korporativ maliyyə nəticələri, eləcə də texnologiya və süni intellekt (AI) sektorlarına artan maraq investorların riskli aktivlərə yönəlməsini gücləndirib”- açıqlamada əlavə edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər