8 C
Baku
Wednesday, December 17, 2025

Bir ildə “Yelo Bank”ın işçi sayı 169 nəfər artıb

30.06.2025-ci il tarixinə “Yelo Bank”ın işçi sayı 1258 nəfər təşkil edib.

Banker.az bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir.

30.06.2024-cü il tarixinə bankda işçi sayı 1089 nəfər olub ki, bu da illik müqayisədə işçi sayının 169 nəfər artması deməkdir.

Qeyd edək ki, ötən ilin sonunda “Yelo Bank”ın işçi sayı 1175, mart ayında 1223 nəfər təşkil edib.

“Yelo Bank” 1994-cü ildən fəaliyyət göstərən “Nikoil Bank” ASC-nin bazasında 2019-cu ildə yaradılıb.

Son xəbərlər
Digər xəbərlər