11 C
Baku
Thursday, December 18, 2025

Tramp Venesuelaya neft təzyiqini artırır

ABŞ prezidenti Donald Tramp Venesuelaya daxil olan və oradan çıxan, sanksiyalara məruz qalmış bütün neft tankerlərinə qarşı “tam və total blokada” tətbiq edilməsi barədə göstəriş verib. Bununla yanaşı, o, Venesuelanın hazırkı hakimiyyətini xarici terrorçu təşkilat elan edib.

Prezident bildirib ki, ölkə hakimiyyəti “bizdən əvvəllər oğurladıqları bütün nefti, torpaqları və digər aktivləri ABŞ-yə geri qaytarmayana qədər” ABŞ Venesuela ətrafında hərbi qüvvələrin cəmləşdirilməsini davam etdirəcək. “Maduro rejimi bu oğurlanmış neft yataqlarından əldə olunan neftdən narkoterrorizm, insan alveri, qətllər və oğurluqlar üçün istifadə edir”, — deyə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

Bir gün əvvəl cənab Maduro ABŞ vətəndaşlarını, onun sözlərinə görə, Venesuela nefti uğrunda Trampın başlatmaq istədiyi müharibəyə yol verməməyə çağırıb.

Son xəbərlər
Digər xəbərlər