9 C
Baku
Wednesday, December 17, 2025

Reuters: Trampın reytinqi 39%-ə düşüb

ABŞ prezidenti Donald Trampın reytinqi 39%-ə enərək onun ikinci prezidentlik müddəti ərzində ən aşağı səviyyəyə yaxınlaşıb. “Reuters” və “Ipsos”un yeni sorğusuna görə, dəstəyin azalmasının əsas səbəbi seçicilərin Trampın iqtisadi siyasətindən məyus olmasıdır.

Sorğunun nəticələrinə əsasən, mənfi dinamika davam edir: noyabrın ortalarında prezidentin reytinqi 38% təşkil edib, daha sonra 41%-ə yüksəlib, lakin hazırda yenidən 39%-ə enib. Xatırladaq ki, yanvar ayında inaqurasiyadan sonra bu göstərici 47% səviyyəsində olub.

Agentliyin qeyd etdiyinə görə, iqtisadiyyatın idarə olunması sahəsində dəstək kəskin şəkildə azalıb — bu istiqamətdə Trampın fəaliyyətini ABŞ-də yetkin əhalinin cəmi 33%-i bəyənir ki, bu da son bir il ərzində ən aşağı göstəricidir. “Reuters”in sorğu keçirdiyi ekspertlər bunu hökumətin son “şatdaun”unun nəticələri, eləcə də Tramp tərəfindən tətbiq olunan idxal tarifləri ilə əlaqələndirirlər.

Sorğu 13–15 dekabr tarixlərində onlayn formatda 1016 yetkin ABŞ vətəndaşı arasında keçirilib.

Son xəbərlər
Digər xəbərlər