15 yanvar 2026-cı il tarixində saat 11:00-da “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının balansında olan bir sıra əmlaklar açıq hərraca çıxarılacaq.
Banker.az xəbər verir ki, hərraca çıxarılan əmlaklar sırasında Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən üç torpaq sahəsi və Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsində yerləşən qeyri-yaşayış binası yer alır.
Hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcəkdir.
| S/n | Əmlakın adı | Ünvanı | Torpaq sahəsi (ha) | Ümumi sahəsi | Start qiyməti (manatla) | Beh məbləği (manatla) |
| 1 | Torpaq sahəsi | Şəki şəhəri, Salman Mumtaz küçəsi | 29.8 | 4 718 000.00 | 23590 | |
| 2 | Torpaq sahəsi | Şəki şəhəri, Salman Mumtaz küçəsi | 7.3 | 1 157 000.00 | 5785 | |
| 3 | Torpaq sahəsi | Şəki şəhəri, Salman Mumtaz küçəsi | 7.1 | 1 125 000.00 | 5625 | |
| 4 | Qeyri yaşayış binası | Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584-cü məhəllə | 0.9279 | 9 201.90 | 4 000 000.00 | 20000 |






