Çernobıl Atom Elektrik Stansiyası (AES) hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatı üzrə tədbirlər davam etdirilir.
Bu işlərin davamı kimi qəzanın ləğvi ilə əlaqədar və xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan əlilliyi olan şəxslərə növbəti partiya üzrə avtomobillər təhvil veriləcək.
Məlumata əsasən, bu tədbirlər çərçivəsində 24 nəfər 2025-ci il istehsallı sedan tipli avtomobillərlə təmin olunacaqlar.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi artıq bununla bağlı müvafiq işlərə start verib.
Agentlik avtomobillərin satın alınmasının 390,6 min manata başa gələcəyini proqnozlaşdırıb.








