18 yanvar 2026-cı il tarixdən etibarən “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş “Bulud Cinema” xidməti ləğv ediləcək, o cümlədən “Simurq” xidməti üzərindən “Shou-biznes”, “Afisha” və “Texno Dünyası” məzmun məlumatlarının təqdim edilməsi dayandırılacaq.
Banker.az xəbər verir ki, göstərilən tarix nəzərə alınaraq qeyd olunan məzmun məlumatları üzrə günlük (xidmətin ləğv ediləcəyi tarixdən 24 saat əvvəl) yenilənmələrə məhdudiyyət tətbiq ediləcək.
“Bulud Cinema” xidmətinin ləğv ediləcəyi tarix nəzərə alınaraq, xidmət üzrə növbəti aylıq, eləcə də günlük (xidmətin ləğv ediləcəyi tarixdən 24 saat əvvəl) yenilənmələrə məhdudiyyət tətbiq ediləcək. Həmin tarixədək xidmətə qoşulmuş istifadəçilər növbəti yenilənmə tarixinədək xidmətdən istifadə edə biləcəklər.








