6 C
Baku
Sunday, December 15, 2024

Vergi işçilərinin sosial təminatı iki dəfə yaxşılaşacaq

Azərbaycanda vergi orqanları işçilərinin sosial müdafiəsi üçün yaradılan xüsusi fonda cəlb olunacaq vəsaitlərin həcmi iki dəfə artırıla bilər.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyin edilməsi təklif edilir.

Hazırda vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyalarının 25 faizi hesabına vergi orqanlarının büdcədənkənar fondu formalaşdırılır.

Yeni layihədə isə qeyd edilir ki, vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədilə həmin fond vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanskiyalarının 50 faizi hesabına vergi orqanlarının büdcədənkənar fondunu formalaşdıracaq.

Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

Qeyd edək ki, Vergi Məcəlləsinə dəyişikliyin edilməsini nəzərdə tutan layihə Milli Məclisin iyunun 14-də keçiriləcək iclasında müzakirə ediləcək.

Trend

 

Son xəbərlər
Digər xəbərlər