“Rusiya aktivlərinin soyğunçuluğa məruz qalmasının fəsadları ağır olacaq və Avrozonaya zərbə vuracaq”.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransında danışıb.
“Oğurluq – uyğun ifadə deyil. Oğurluq – əmlakın gizli şəkildə mənimsənilməsidir, bizdən isə bunu açıq şəkildə etməyə çalışırlar – bunun adı soyğunçuluqdur. Bunu etmək elə də asan deyil. Onlar bizim aktivlərimizdən girov kimi istifadə edərək kredit vermək istəyirlər”, – o deyib.
Putinin sözlərinə görə, bu, təkcə Avrozonanın imicə zərbə vurmayacaq, həm də onlara olan etimadı sarsıdacaq.







