7 C
Baku
Saturday, December 20, 2025

Türkiyə “Eurofighter” qırıcıları üçün Meteor raketləri istehsal edəcək

Türkiyə İngiltərədən alacağı “Eurofighter” qırıcı təyyarələri üçün Meteor raketləri istehsal edəcək.

Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

Onun sözlərinə görə, Türkiyə İngiltərə ilə imzaladığı razılaşma çərçivəsində 20 ədəd yeni istehsal olunacaq “Eurofighter” döyüş təyyarəsi alacaq:

“Eurofighter” təyyarələri 2030-cu ildə 6 ədəd, 2031-ci ildə 8 ədəd, 2032-ci ildə isə 6 ədəd olmaqla mərhələli şəkildə inventarımıza daxil olacaq. Qətərdən alacağımız “Eurofighter”lər çox az uçuş saatı olan, hazır vəziyyətdəki təyyarələrdir. Bu təyyarələri Qətərdə mövcud olan sursat və avadanlıqları ilə birlikdə alacağıq. Omandan tədarük ediləcək təyyarələr də az uçuş həyata keçirmiş, hazırda anqarlarda saxlanılan təyyarələrdir. Omandan alınacaq təyyarələrin AESA radarı, Meteor raketi atma qabiliyyəti və müasir avionika sistemləri ilə yenilənməsi tələb olunur. 12 təyyarə üçün modernizasiya prosesinin 2028-ci ildə tamamlanmasını gözləyirik”.

Nazir vurğulayıb ki, Türkiyə “Eurofighter” təyyarələrini Meteor raketləri ilə birlikdə alır:

“Eyni zamanda, bu təyyarələrdə öz milli proqram təminatımız və milli sursatımızdan da istifadə edə biləcəyik. Bu proses çərçivəsində Meteor raketindən daha yaxşı bir raket hazırlayıb, istədikləri təqdirdə onu onlara da sata biləcəyik”.

Son xəbərlər
Digər xəbərlər