12 C
Baku
Wednesday, December 11, 2024

Sığorta şirkətinin portfelinin ötürülməsinə icazə verildi

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının növbəti iclası keçirilib.

Palatadan “APA-Economics”ə verilən məlumata görə, iclasda bir sıra məsələlər müzakirə olunub.

MBNP-nın Direktorlar Şurasının sədri Rüfət Aslanlı Palatanın özünü-maliyyələşdimə prinsipi əsasında fəaliyyət göstərdiyini və bu baxımdan göstərilən xidmət haqları və nəzarət subyektləri üzrə vahid çərçivənin müəyyən edilməsinin zəruriliyini vurğulayıb. Palatanın tarif siyasətinin və ayrı-ayrı xidmətlər üzrə tarif dərəcələrinin beynəlxalq təcrübə və mövcud vəziyyət nəzərə alınmaqla ədalətli və şəffaf prinsiplər əsasında müəyyən edildiyi diqqətə çatdırıb.

Daha sonra bankların sistem əhəmiyyətliliyinin müəyyən edilməsi metodologiyası təsdiq edilib. İclasda bildirilib ki, hazırlanmış metodologiya bankların sistem əhəmiyyətliliyi, maliyyə göstəriciləri, inklüzivlik (maliyyə vasitəçiliyində rolu) və ölkənin bank sektorunun spesifikası nəzərə alınmaqla Beynəlxalq Hesablaşmalar Bankının bank nəzarəti üzrə Bazel Komitəsinin müəyyən etdiyi standartlar və qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanıb.

İclasda həmçinin “Buta Sığorta” ASC-nin qüvvədə olan sığorta (təkrarsığorta) müqavilələrinin (sığorta portfelinin) “Günay Sığorta” ASC-yə ötürülməsinə dair qərara qəbul olunub.

İclasda bildirilib ki, “Buta Sığorta” ASC-nin sığorta portfelinin “Günay Sığorta” ASC-yə ötürülməsi barədə şirkətlər arasında müvafiq razılaşma imzalanıb və bunun təsdiq edilməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunub. Təqdim olunmuş məlumatların təhlili edildiyi və “Günay Sığorta” ASC-nin məcmu kapitalının, ödəmə qabiliyyətinin, sığorta ehtiyatlarının və sığorta qaydalarının sığorta qanunvericiliyinin tələblərinə uyğun olduğu bildirilib.

R. Aslanlı sığorta portfelinin ötürülməsi prosesi zamanı istehlakçıların hüquqlarının qorunması məqsədilə konkret tapşırıqlar verib.

Son xəbərlər
Digər xəbərlər