“Azərbaycan Dəmir Yolları” QSC 2024-cü ili 1 milyard 820 milyon manat zərərlə başa vurub. ADY-nin 2023-cü zərəri 100 milyon 963 min manat olub.
Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
2024-cü ildə “Azərbaycan Dəmir Yolları”nın cəmi gəlirləri 614 milyon 747 min manat (əvvəlki ilə nisbətən 2% artım), o cümlədən yükdaşıma gəlirləri 483 milyon 128 min manat (0.07% artım), sərnişindaşıma gəlirləri 11 milyon 696 min manat ( 26% çox) təşkil edib.
31 dekabr 2024-cü il tarixinə “ADY”nin cəmi aktivləri 4 milyard 464 milyon manat olub ki, bu da illik müqayisədə 25% azdır.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sərnişinlərin və yüklərin dəmir yolları ilə daşınmasını təmin edən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.







