“Google”un sahibi olan “Alphabet” holdinqi saniyədə 1 Giqabit (Gbit) sürətə malik və kabel qoşulmasından daha ucuz olan simsiz internet texnologiyasının yaradıldığını elan edib.
Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
“Alphabet”in icraçı direktoru Erik Şmidt səhmdarların illik toplantısında yeni texnologiyanın bəzi özəllikləri barədə danışıb. O bildirib ki, texnologiya daha təkmil mikroprosessorlar və siqnal yönləndirmələrindən istifadə edir ki, bu da yüksək sürətə nail olmağa imkan verir. Başqa istifadəçilərin bu texnologiya qoşulması isə kabel qoşulmalarından fərqli olaraq, daha asan və ucuz başa gəlir.
E. Şmidt perspektivli saydıqları texnologiyaları da sadalayıb. Bunlar virtual reallıq, süni intellekt, 3D çap yolu ilə binaların inşaatı və bitki mənşəli ətin yaradılmasıdır.
Lent.az