“Bakı Ayaqqabı Fabriki” ASC-nin İdarə Heyətinin sədri dəyişdirilib.
Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə müvafiq vəzifəyə Fazil Babanlı Fuad oğlu təyin edilib.
O bu vəzifədə Əlimədət İsgəndərov Məhəmməd oğlunu əvəz edib. Əlimədət İsgəndərov cari ilin əvvəlindən bu vəzifədə idi.
“Bakı Ayaqqabı Fabriki” 2018-ci ildən fəaliyyət göstərən “ASK Ayaqqabı Fabriki” MMC-nin bazasında yaradılıb və “Azərbaycan Sənaye Korporasiyası” ASC-ə məxsus idi. Onun nizamnamə kapitalı 7 851 794 manatdır.
Şirkəti ötən 2022-ci ilin dekabr ayında “Pepi-Əli Kəndli Təsərrüfatı” MMC özəlləşdirib.








