Macarıstanın “Wizz Air” şirkəti 2026-cı il iyunun 12-dən etibarən İrəvan-London-İrəvan marşrutu üzrə uçuşlara başlayacaq.
Bu barədə Banker.az Ermənistan KİV-inə istinadən xəbər verir.
Məlumata görə, İrəvanın “Zvartnots” beynəlxalq hava limanından Londonun Luton hava limanına uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə günləri həyata keçiriləcək.








