7 C
Baku
Thursday, December 25, 2025

Mərkəzi Bank növbəti il 8 dəfə faiz qərarı verəcək – Tarixlər açıqlandı

2025-ci ildə olduğu kimi, 2026-cı ildə də Azərbaycan Mərkəzi Bankı pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir.

Qərar tarixləri:

  • 4 fevral
  • 2 aprel
  • 6 may
  • 24 iyun
  • 5 avqust
  • 23 sentyabr
  • 4 noyabr
  • 23 dekabr

2026-cı ilin 4 fevral, 6 may, 5 avqust və 4 noyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaq, həmçinin həmin günlərdə ekspertlərlə görüşlər keçiriləcəkdir.

Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcəkdir.

434334 scaled

Son xəbərlər
Digər xəbərlər