4 C
Baku
Thursday, December 25, 2025

Paşinyan: Ermənistanı Azərbaycanla birləşdirən dəmir yolu xətlərini öz vəsaitimiz hesabına bərpa etməyə hazırıq

Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşün əsas mövzulardan biri Ermənistan ərazisində Cənubi Qafqaz Dəmir Yolu (CQDY) şirkətinin konsessiya idarəçiliyində olan dəmir yolu sahələrinin bərpası olub.

Banker.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün brifinqdə bildirib.

Onun sözlərinə görə, söhbət İcevan, Yerasx (Arazdəyən-red.) və Axurikdə yerləşən, Ermənistanı Azərbaycan, Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolu xətlərindən gedir.

Paşinyan vurğulayıb ki, dəmir yolu xətlərinin bərpası zamanı prosesi ləngidən hər hansı problemlər yaranarsa, Ermənistan onları dövlət vəsaiti hesabına müstəqil şəkildə bərpa etməyə hazırdır.

Son xəbərlər
Digər xəbərlər