Azərbaycana gələn turistlərin bank kartları ilə xərcləmələri üzrə son ildə cüzi artım olsa da hələ də öncəki ildən geri qalır.
Banker.az xəbər verir ki, 2025-ci ilin ilk 11 ayında turistlərin bank kartları ilə xərcləmələri 1 mlrd. 395.62 mln. manata yüksəlib.
Bunun təkcə 118.4 mln. manatı noyabr ayının payına düşüb. Noyabrda əməliyyatların 64 mln. manatı “Visa” kartları ilə, 50.7 mln. manatı “MasterCard” ilə, 0.8 mln. manatı “American Express”, 0.2 mln. manatı isə Çinin “Union Pay” kartı ilə aparılır.
Bu da 2024-lə müqayisədə 2.65% artım qeydə alınıb. Bununla belə, 2023-cü ilin göstəricisi ilə müqayisədə həcmlər hələ də 29.9% aşağı səviyyədə qalır.
2023-cü ilin ilk 11 ayında turistlər ölkədə 1 mlrd. 992.1 mln. manat həcmində əməliyyat həyata keçirmişdilər.








