“BakuBus” elektrik avtobus parkı üçün iri məbləğli layihə icra olunacaq.
Banker.az xəbər verir ki, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri ərazisində elektrik avtobuslarının istismarı üçün nəzərdə tutulan avtobus parkının elektrik təchizatı ilə bağlı layihəyə start verir.
Layihə Bakı–Şamaxı avtomobil yolunun sağ hissəsində yerləşən və “BakuBus” MMC-yə məxsus olacaq avtobus parkını əhatə edir. Elektrik təchizatı işlərinin icrası “İNTEGRAS” MMC-yə həvalə olunub.
Müqavilənin ümumi dəyəri 24 milyon 176 min 518 manat təşkil edir.







