4 C
Baku
Thursday, December 25, 2025

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

Gürcüstan dəmir yolları vasitəsilə Azərbaycandan Ermənistana yüklərin tranzit daşınması üçün ilkin qiymət nisbətən yüksəkdir və rəqabətqabiliyyətli deyil, lakin danışıqlar hələ də davam edir.

Bunu bu gün Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan “Azadlıq Radiosu”nun erməni xidmətinə müsahibəsində bildirib.

“Bir tərəfdə Gürcüstan dəmir yolu şirkəti, digər tərəfdə isə buğda və ya benzini idxal edən şirkətlər var. Təbii ki, onlar danışıqlar aparmalı və ən yaxşı variantı tapmalıdırlar”, – nazir qeyd edib.

Papoyan deyib ki, o, bu məsələlərlə birbaşa məşğul olmur.

“Mənim fikrimcə, indi Ermənistan və Azərbaycan arasında quru sərhədinin açılması üçün çox münasib vaxtdır. Belə ki, dəmiryolu ilə Ermənistana gətirilən yüklər sərhəd nöqtəsində multimodal şəkildə yük maşınlarına yüklənib Ermənistan və Azərbaycan arasındakı quru sərhədi vasitəsilə daşına bilər. Düşünürəm ki, həm Ermənistanda, həm də Azərbaycanda buna mane olan heç bir şərait yoxdur. Mənim fikrimcə, biznes də buna hazırdır”, – erməni nazir vurğulayıb.

Papoyan əlavə edib ki, əgər Azərbaycan tərəfi hazırdırsa, bu üsula keçə bilərlər.

Ermənistan Baş naziri Nikol Paşinyan Gürcüstan dəmir yollarında tranzit tarifləri məsələsinə toxunaraq bildirib ki, əgər bu məsələ həll olunmasa, biznes subyektlərinin idxal və ixracı təmin etmək üçün alternativ yollar axtarması məntiqli olar.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər