7 C
Baku
Friday, December 26, 2025

Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi üçün 5 milyon manatlıq bina tikiləcək

Xankəndi şəhərində yeni inzibati binanın tikintisi ilə bağlı satınalma həyata keçirilir.

Banker.az xəbər verir ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Xankəndi şəhərində yerləşəcək inzibati binasının tikintisi işlərinin satın alınması üzrə müvafiq prosedur aparılıb.

Tikinti işlərinin icrası “ARCHİCO” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub.

Layihə çərçivəsində inzibati binanın tikintisi və zəruri infrastrukturun yaradılması nəzərdə tutulur. Satınalma üzrə müqavilənin dəyəri 4 635 028 manat təşkil edir.

Son xəbərlər

Digər xəbərlər