7 C
Baku
Friday, December 26, 2025

Bəhreyndə Azərbaycan səfirliyi gələn il açılacaq

Fiziki olaraq Bəhreyn Krallığında Azərbaycan səfirliyin açılması 2026-cı ildə baş tutacaq.

Bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Başqa ölkələrlə bağlı da bu istiqamətdə planlar var. Ancaq prosedurlar həyata keçirilmədən bu barədə məlumatı indidən bölüşməyi düşünmürük”, – o əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu ilin oktyabr ayında imzaladığı Sərəncamla Azərbaycanın Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyi təsis edilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər