Yaponiyanın telekommunikasiya nəhəngi “NTT East” supersürətli ev internetinin istifadəyə verilməsi planlarını açıqlayıb.
2026-cı ilin mart ayından etibarən Tokio sakinləri 25 Gbit/s-ə qədər sürət təqdim edən optik lifli internetə (FTTH) qoşula biləcəklər.
Qeyd olunur ki, hazırda kütləvi istehlakçılar üçün mövcud olan maksimal sürət 10 Gbit/s ilə məhdudlaşıb. Yeni tarif “Flet Hikari 25G” adlanır və “best-effort” prinsipi ilə işləyəcək, yəni mövcud şəraitdə mümkün olan ən yüksək sürət təqdim ediləcək.
Eyni zamanda, elmi-tədqiqat institutları və laboratoriyalarda məlumat ötürülməsi texnologiyaları da təkmilləşdirilir.
Tədqiqatçılar eksperimental optik lif vasitəsilə 1 petabit/saniyədən çox məlumat ötürmə sürətinə nail olublar.








